"Real Madrid"in əfsanələri "Barselona"nı İsraildə yendi

"Real Madrid"in əfsanələri "Barselona"nı İsraildə yendi
İyunun 20-də İsraildəki "Blumfild" stadionunda "Real Madrid" və "Barselona"nın əfsanələri üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, oyun "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Ronaldinyo açıb. Pedro Munites madridlilərin cavab qolunu ilk yarının sonlarında (42-ci dəqiqə) vurub. Ardından Afonso Peres Kataloniya klubunun qapısına yol tapıb və komandasının fasiləyə üstün yollanmasını təmin edib. İkinci hissədə hesab bərabərləşib. Lakin Ruben de la Red 70-ci dəqiqədə qələbə qoluna imza atıb.
"Barselona"dan Anqoy, Xuan Karlos, Deyu, Dani Tortolero, Qoykoeçea, Mendyeta, Deku, Rivaldo, Arpon, Saviola, Ronaldinyo, Qusman, Ronald de Bur, Koku, Amor, Xofre və Okunovo kimi eks futbolçular oynayıb. "Real"ın heyətində isə Kodina, Nunyes, İvan Kampo, Fernando Sans, Roberto Karlos, Rivera, Milya, de la Red, Fiqu, Alfonso Peres, Amaviska, Munitis, Velasko və Martin Velaskes özünü göstərmək şansı qazanıb.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər