"Real Madrid"in daha iki futbolçusu virusa yoluxdu

"Real Madrid"in daha iki futbolçusu virusa yoluxdu

“Real Madrid”in daha 2 futbolçusu koronavirusa yoluxub. 

Fanat.Az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.   Müdafiəçi David Alaba və yarımmüdafiəçi İskodan götürülmüş COVID-19 testləri pozitiv çıxıb. Hər iki oyunçu komandadan təcrid olunaraq karantinə alınıb.   Xatırladaq ki, “Real” bir neçə gün öncə Luka Modriç, Marselo, Qaret Beyl, Marko Asensio, Rodriqo və Andrey Luninin də koronavirusa yoluxduğunu açıqlamışdı. Bundan əlavə, baş məşqçi Karlo Ançelottinin oğlu, onun köməkçisi kimi çalışan Davide Ançelottinin də COVİD-19 testi pozitiv çıxdığı bildirilmişdi.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər