"Real Madrid” daha bir futbolçusunu itirib.
Fanat.Az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin 25 yaşlı yarımmüdafiəçisi Dani Sebaylos zədələnib.
Tokio 2020-də İspaniya yığmasının sıralarında zədə alan futbolçunun topuq bağlarının qopduğu bildirilib.
Qeyd edək ki, Sebalyos İspaniya millisinin Misirlə görüşündə sıradan çıxmışdı. Yarımmüdafiəçi 2015-ci ildən "Real”ın uğurları üçün çalışır.
"Real”ın mətbuat xidməti bir neçə gün öncə alman yarımmüdafiəçi Toni Kroosun da zədələndiyi barədə informasiya yaymışdı.
Nihat