"Real Madrid"in 12-ci Super Kuboku - VİDEO

"Real Madrid"in 12-ci Super Kuboku - VİDEO

Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib. 

Qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.

87-ci dəqiqədə "kral klubu" Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin "Atletik" say üstünlüyündən yararlana bilməyib.

Bununla da "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər