"Çelsi"nin müdafiəçisi Antonio Rüdiger "Real Madrid"ə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Mənbə "Real" futbolçularının artıq bu keçiddən xəbərdar olduğunu və kollektivin sözügedən futbolçunu gözlədiyini vurğulayıb.
28 yaşlı Rüdigerin "zadəganlar"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
"Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat