"Real Madrid" yanvarda 6 futbolçusunu satmaq istəyir - ADLAR

"Real Madrid" yanvarda 6 futbolçusunu satmaq istəyir - ADLAR

“Real Madrid” rəhbərliyi gələn ilin yanvarında 6 futbolçusunu satmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Mənbə İspaniya nəhənginin müqavilələrinin müddəti 2022-ci ilin yayında başa çatacaq İsko və Qaret Beyldən qurtulmağı prioritet hədəf saydığını vurğulayıb. 

“Kral klubu” Eden Hazar, Marselo, Mariano Dias və Luka Yoviçlə bağlı alacağı təklifləri də dəyərləndirməkdə qərarlıdır.

Sözügedən nəşr 46 xalla İspaniya Primyerasının turnir cədvəlinə başçılıq edən madridlilərin bu qış səs-küylü transfer etməyi hədəfləmədiyini, yayda "yeni qan"a ehtiyac duyacağını da bildirib

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər