"Real Madrid" ulduz futbolçularını göndərir

"Real Madrid" ulduz futbolçularını göndərir

"Real Madrid" bu mövsüm bir neçə futbolçu ilə yolları ayırmağı planlaşdırır.

Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, siyahıda Qaret Beyl (Gareth Bale), Eden Hazar (Eden Hazard), İsko (İsco), Marselo (Marcelo), Luka Yoviç (Luka Jovic) və Xesus Valyexonun (Jesus Vallejo) adı var.

"Kral klubu" yeni mövsümdən titullar uğrunda mübarizə aparacağı üçün komandada böyük ehtimalla Kilian Mbappenin liderlik edəcəyi dövr başlayacaq.

Bundan əlavə klubda hazırda çıxış edən bir neçə futbolçu var ki, onların olması iqtisadi cəhətdən sərfəli deyil. Bu səbəbdə baş məşqçi Karlo Ançelotti faydasız futbolçulara qapını göstərəcək. 

Madrid təmsilçisi qənaət etdiyi pulu Mbappe transferinə və Vinisiusla müqavilənin uzadılmasına xərcləyəcək.

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər