"Real Madrid" Modriçlə bağlı qərarını verdi

"Real Madrid" Modriçlə bağlı qərarını verdi

“Real Madrid” futbolçusu Luka Modriçin müqaviləsinin müddətini artıracaq. 

Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, İspaniya nəhəngi xorvat yarımmüdafiəçi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. 

Modriç müddəti 2023-cü ilin yayına qədər olan sözləşməyə imza atacaq. O, yeni anlaşmaya əsasən hazırkı maaşından 10 faiz daha az qazanacaq.

36 yaşlı futbolçu 2012-ci ilin yayından “Real”da çıxış edir. Xorvatiya millisinin üzvü bu mövsüm 20 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər