"Liverpul"un müdafiəçisi Cozef Qomes karyerasını İspaniya Primyerasında davam etdirə bilər.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində "Real Madrid" maraqlıdır.
"Kral klubu" ciddi rəqabət üzündən heyətə düşməyə çətinlik çəkən mərkəz müdafiəçisini mövsümün sonunda rənglərinə bağlamaqda qərarlıdır.
Bu mövsüm İngiltərə Premyer Liqasında 3 oyuna çıxan və məhsuldar göstəricilərlə yadda qalmayan Qomesin "Liverpul"la olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat