"Real Madrid" Liqa-1-in bombardirini istəyir

"Real Madrid" Liqa-1-in bombardirini istəyir

"Real Madrid" rəhbərliyi Fransanın "Lill" klubunun hücumçusu Conatan Devidi heyətə qatmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Yazılanlara inansaq, İspaniya nəhəngi 21 yaşlı kanadalı forvardın transferini həyata keçirmək üçün Eden Hazardan da faydalanmağı planlaşdırır. Belə ki, 2005-2012 aralığında "doqlar"ın uğurları üçün çalışan Hazarı geri qaytarmaq qarşı tərəfin arzusudur.

Devid Liqa 1-in ən sərrast oyunçusudur. O, geridə qalan 18 turda 11 qol vurub.

Daha öncə sözügedən futbolçunun agenti müştərisinin mövsümün sonunda "Lill"i tərk edəcəyini açıqlamışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər