“Real Madrid” qapıçısı Tibo Kurtua ilə müqavilə yeniləyib.
Fanat.Az İspaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiper müddəti 2026-cı ilin yayına qədər olan anlaşmaya qol çəkib. Kurtua 2018-ci ilin avqustundan “Real”da çıxış edir. Onun əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi.
Nihat