"Real Madrid" Kazemiroya əvəz tapdı

"Real Madrid" Kazemiroya əvəz tapdı

"Lester Siti"nin yarımmüdafiəçisi Uilfrid Ndidi karyerasını İspaniyada davam etdirə bilər. Fanat.Az xəbər verir ki, "Naija" nəşri "Twitter" hesabında "Real Madrid"in 24 yaşlı nigeriyalı futbolçunu heyətinə qatacağını yazır. 

Mənbənin məlumatına görə, “qaymaqlar” Ndidini klubun yarımmüdafiəçi Kasemironun əvəzləyicisi kimi nəzərdə tutub. Nigeriyalı yarımmüdafiəçi 2017-ci ildən "Genk"dən "Lester"ə 17,6 milyon avroya keçd edib və hazırda da həmin klubda çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin 30 iyununa kimi qüvvədədir.. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər