Fransanın "Renn" klubunun 18 yaşlı yarımmüdafiəçisi "Real Madrid"ə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bunu şəxsi "Twitter" hesabında italiyalı jurnalist Fabritsio Romano yazıb.
Tanınmış insayder Madrid klubunun 2022-ci ilin yayında azad agentə çevriləcək oyunçuya görə qarşı tərəfə 30 milyon avro və müxtəlif bonuslar ödəyəcəyini vurğulayıb.
Qeyd edək ki, "Renn"in öz yetirməsi olan Kamavinqa ötən ildən Fransanın əsas millisinə dəvət alır.
Nihat