"Real Madrid" Çempionşipdəki gənc istedadı aparır

"Real Madrid" Çempionşipdəki gənc istedadı aparır

"Fulhem"in hücumameyilli yarımmüdafiəçisi Fabiu Karvalyu "Real Madrid"in transfer siyahısına düşüb.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubunun təmsilçiləri Çempionşipdə çıxış edən 19 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

Portuqaliyada doğulan, İngiltərənin aşağı yaş qrupları üzrə millilərində çıxış edən Fabiunun "Fulhem"lə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. O, formasını geyindiyi klubun yeni anlaşma təklifini geri çevirib.

Bu mövsüm Çempionşipdə 6 matça çıxan Karvalyu 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər