"Real Madrid" hücumçusu Kərim Benzemaya yeni müqavilə təklif etməyi planlaşdırır.
Fanat.Az "Goal.com" saytına istinadən xəbər verir ki, klub futbolçu müqavilənin müddətini 2025-ci ilin yayına qədər uzatmağı planlaşdırır.
Mənbənin məlumatına görə, PSJ-dən Kilian Mbappeni almaq niyyətində olan "Real Madrid" bu addımı ilə Benzemaya inamını göstərmək istəyib. Futbolçu isə bu fikirdən məmnun olub..
Qeyd edək ki, 33 yaşlı fransız forvard bu mövsüm"Real Madrid"inn heyətində 8 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.
Emin Şəmsiyev