"Real Madrid" analoqu olmayan stadion tikir - VİDEO

"Real Madrid" analoqu olmayan stadion tikir - VİDEO

“Real Madrid” “Santyaqo Bernabeu”da qazonu yaxşı halda saxlamaq üçün yeraltı istixana tikəcək.

Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu məqsədinə çatmaq üçün 27 il müddətinə 1,53% faizlə ümumilikdə 225 milyon avro kredit götürüb.

Bu dizayn qazonun təmizlənməsinə və futbol matçları üçün optimal şəraitdə saxlanmasına imkan verəcək. Beləliklə, stadionda ot örtüyünə zərər vermədən müxtəlif tədbirlər keçirmək mümkün olacaq.

Stadionun konsept videosunu təqdim edirik: 

Yeraltı istixananın tikintisi ilkin olaraq stadionun yenidən qurulması layihəsinə daxil edilmədiyi üçün "Real Madrid" kreditə müraciət etməli olub. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər