"Real" 5, "Mançester Siti" 6 qolla qazandı - VİDEO

"Real" 5, "Mançester Siti" 6 qolla qazandı - VİDEO
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Real" səfərdə Çexiyanın "Viktoriya" klubunu 5:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Kərim Benzemanın dubl etdiyi oyunda Kazemiro, Qaret Beyl və Toni Kroos hərəyə bir qol vurub.
"Mançester Siti" isə doğma meydanda "Şaxtyor"a daha böyük hesabla qalib gəlib. Belə ki, "şəhərlilər" Ukrayna klubunu 6 cavabsız qolla yenib.
"Mançester Siti"nin heyətində Qabriel Xesus het-trik edib, David Silva və Riyad Mahrez hərəyə bir qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər