Qvardiola "Mançester Siti"dən ayrılıb-ayrılmayacağı ilə bağlı suala cavab verdi

Qvardiola "Mançester Siti"dən ayrılıb-ayrılmayacağı ilə bağlı suala cavab verdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundan ayrılıb-ayrılmayacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki,  onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Gələcəkdə başıma nə gələcəyini görəcəyik. Hələ nə ilə məşğul olmaq istədiyimlə bağlı qərar verməliyəm".

Xatırladaq ki, Qvardiolanın MS ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. İspaniyalı mütəxəssis 2016-cı ildən "şəhərlilər"i çalışdırır. Pepin rəhbərliyi altında 6 dəfə İPL-in və tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olan Mançester təmsilçisi 2022/2023 mövsümündə trebllə yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər