Qvardiola "Mançester Siti" ilə bağlı qərarını verdi

Qvardiola "Mançester Siti" ilə bağlı qərarını verdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubu ilə müqaviləsini uzatmağı qərara alıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.

Mənbənin məlumatına görə, ispaniyalı müqaviləsinin müddətini 1 il müddətinə uzadılması imkanını nəzərdən keçirir.  Tərəflər yaxında əməkdaşlıq barədə müzkirəyə başlayacaqlar.

"Mançester Siti" rəhbərliyi Pepin mümkün gedişi halında hazırlığa da artıq başlayıb. Klub başa düşür ki, bir çox səviyyəli oyunçular məhz Qvardiola ilə işləmək imkanı üçün komandaya qoşulublar.

Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. 53 yaşlı ispaniyalının "şəhərlilər"lə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər