Qvardiola: "Mançester Siti" gec-tez uduzacaq"

Qvardiola: "Mançester Siti" gec-tez uduzacaq"
İngiltərə Premyer Liqasının XIII turunda "Mançester Siti" səfərdə "Haddersfild"i 2:1 hesabı ilə məğlub edib. 
Fanat.Az xəbər verir ki, oyundan sonra "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola matç haqda fikirlərini səsləndirib. 
"Gec-tez uduzacağıq. Bu gün də baş verə bilərdi. Həftədə bir dəfə oynayanda qələbə qazanmaq asanddı. Ancaq həftədə 3 matça çıxanda, 4 turnirdə iştirak edəndə bütün oyunlarda qələbə qazanmaq çətindi. 18 qələbə əla nəticədi. İndi bizim üçün yaxşı vaxtdı. Bu gün də çətin rəqibi yendik". 
 
Qeyd edək ki, 37 xalı olan "Mançester Siti" turnir cədvəlinə liderlik edir. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər