Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" təlim-məşq toplanışına start verib. Fanat.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri hazırlıqların ilkin mərhələsini Bakıda keçirəcək.
İyunun 21-dək paytaxtda hazırlaşacaq komanda toplanışın ikinci mərhələsini Avstriyada keçirəcək. "Qarabağ" iyunun 22-si səhər saatlarında adıçəkilən ölkəyə yollanacaq və hazırlıqları orada davam etdirəcək.
Toplanış çərçivəsində komandanın yoldaşlıq oyunu keçirəcəyi rəqiblərdən ikisi müəyyənləşib. Belə ki, iyunun 23-də Ukrayna çempionu "Şaxtyor"la (Donetsk) qarşılaşacaq "Qarabağ" 5 gün sonra Rusiyanı Avropa Liqasında təmsil edəcək "Krosnodar"la qarşılaşacaq.
Qeyd edək ki, "Şaxtyor"a Mirça Luçesku başçılıq edir. Amma rumın mütəxəssis "Qalatasaray"la danışıqlar aparır. Onun "Qarabağ"la oyunadək komandanın başında qalıb-qalmayacağı hələ bilinmir.
Fanat.az