"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

"Araz-Naxçıvan" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, "Zİrə"dən ayrılan Rövlan Muradov yeni mövsümdə Muxtar Respublika təmsilçisinin formasını geyinəcək. 

Məlumatı klubun mətbuat xidməti yayıb. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir. 

“Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.  

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər