"Zirə" "Qarabağ"la matçdan öncə sınaq oyunu keçirəcəkmi?

"Zirə" "Qarabağ"la matçdan öncə sınaq oyunu keçirəcəkmi?

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə sentyabrın 12-də başa çatacaq. Çempionatın 4-cü turu "Qarabağ" - "Zirə" oyunu ilə başlayacaq. Bəs görəsən "Zirə" yaranan boşluqdan faydalanaraq ölkənin ən güclüsü ilə oyundan öncə sınaq matçı keçirəcəkmi? Sualı "qartallar"ın sözçüsü Elmar Abdullazadəyə ünvanladıq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Komandada müxtəlif millilərə yollanan futbolçular var. Hazırda düşərgədə olanlar adi qaydada "Qarabağ"la matça hazırlaşacaqlar. Cümə günü oynayacağıq. Buna görə də hər hansı yoxlama oyunu nəzərdə tutulmayıb".

Qeyd edək ki, "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Zirə" matçının start fiti 20:00-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər