"Zirə" "Qarabağ"dan icarəyə götürdüyü Vüqar Mustafayevlə bağlı qərar verib. Fanat.az xəbər verir ki, gənc futbolçu komandada saxlanılıb.
O, yenidən icarəyə götürülüb. Müqavilə ilə "Qarabağ"a məxsus olan futbolçu ilə bir illik müqavilə bağlanılıb.
Qeyd edək ki, qış fasiləsində "Zirə"yə keçən 21 yaşlı yarımmüdafiəçi 16 rəsmi oyunda 1158 dəqiqə oynayıb.
Onu da qeyd edək ki, "Zirə" Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezi Mbah, Dieqo Souza, Tato və Sadiq Quliyevlə yollarını ayırıb, Kamal Bayramov, Anar Nəzirov, Aleksandr Şemonayev, Elvin Məmmədov, Nurlan Novruzov və Nelson Bonilla ilə yeni müqavilə imzalayıb.
Fanat.az