"Zaqatala" "Qarabağ"ın oyunçusu ilə gücləndi

"Zaqatala" "Qarabağ"ın oyunçusu ilə gücləndi

Ötən mövsüm Azərbaycan 1-ci Liqasını 5-ci pillədə başa vuran "Zaqatala" heyətinə yeni futbolçu cəlb edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi "Qarabağ"ın oyunçusu Adəm Topalovu heyətinə qatıb.

20 yaşlı yarımmüdafiəçi ötən müvsümü Ağdam təmsilçisinin əvəzedici komandasında keçirib. Aşağı yaş qrupları üzrə milli komandaların üzvü olmuş Topalov "Səbail" Futbol Akademiyasının heyətində uşaq liqalarında da oynayıb.

Qeyd edək ki, "Qarabağ"ın əvəzedici komandası ötən mövsüm müvafiq çempionatda 4-cü yeri tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər