"Zalsburq" - "Qarabağ" oyunu canlı yayımlanmaya bilər

"Zalsburq" - "Qarabağ" oyunu canlı yayımlanmaya bilər
"Zalsburq" - "Qarabağ" oyunu "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanmaya bilər. Fanat.az xəbər verir ki, buna səbəb avstriyalıların yayıma görə böyük məbləğdə pul tələb etməsidi.
Məbləğ heç də kiçik deyil. Belə ki, Avstriya tərəfi buna görə 70 min dollar pul tələb edir. Hazırda danışıqlar davam etdirilir. Tərəflər ortaq məxrəcə gələ bilməsə, oyun ölkəmizdə mavi ekranlara daşınmayacaq. 
Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23.30-da başlayacaq. Fanat.az qarşılaşmanı canlı yayımlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər