"Zalsburq" - "Qarabağ" matçının saatı açıqlandı

"Zalsburq" - "Qarabağ" matçının saatı açıqlandı
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Zalsburq" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib. Fanat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 5-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.
Matça Zalsburq şəhərindəki "Red Bull Arena" ev sahibliyi edəcək. Stadion 2003-cu ilin 8 martında istifadəyə varilib. Arenanın azarkeş tutumu 31895 nəfərdi.
Qeyd edək ki, 30 iyulda keçiriləcək "Qarabağ" - "Zalsburq" oyunu saat 20.30-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər