Premyer Liqanın XXXVI turunda "Rəvan"la "sülh" bağlayan "Xəzər Lənkəran"ın I diviziona düşməsi rəsmiləşdi. Oyunnu sonunda təyin edilən penalti cənubluların narazılığına səbəb oldu. u penalti həm də komandanın aşağı liqaya yuvarlanması ilə nəticələndi.
"Xəzər Lənkəran"ın aşağı liqaya düşməsinə səbəb nə oldu? Bu sualla klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluna müraciət etdik:
"Ne deyim? Sadəcə biabırçılıqdı. Hər şeyin əsası ötən tur qoyulmuşdu. Siz çox uzağa getməyin. Ötən tur "Rəvan"la görüşən Azərbaycan çempionunun həmin oyundakı və turdakı, yəni AZAL-la oyunda meydana çıxan heyətinə baxın. Hər şey bu qədər bəsitdir. Son turda Ramil Diniyev təyinatını görən kimi futbolçularımıza dedim ki, "uşaqlar, həm hakimliyə, həm də futbol qurumlarına qarşı vuruşmayılıq". Belə də oldu. İndi Diniyevi lap güllələsinlər, nə dəyişəcək ki? Sadəcə bir şeyi ucadan hayqırıram: Bu ölkədə heç kəsin, heç bir qurumun sözü ilə oturub-durmayan bir klub var idi, "Xəzər Lənkəran". Avropa Liqasında qrupda oynamadıq, başqa uğurlarımız bəlkə də yetərincə olmadı. Amma şərəflə gəldik, şərəflə gedirik".
Fanat.az