"Xəzər Lənkəran" və "Qarabağ"ın üzvləri Makedoniya millisində

"Xəzər Lənkəran" və "Qarabağ"ın üzvləri Makedoniya millisində
Makedoniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Bosko Qyurovski Kamerun və Qətərlə yoxlama oyunlarına 40 futbolçu dəvət edib.
Baş məşqçi Topaz Premyer Liqasından 3 futbolçuya dəvət göndərib. Belə ki, "Qarabağ"dan Muarem Muarem və "Xəzər Lənkəran"dan Nikola Qliqorovla Deyan Blajevski qarşıdakı oyunlara çağırılıb.
Qeyd edək ki, Makedoniya yığması mayın 26-da Kamerun, 4 gün sonra Qətərlə yoxlama oyunu keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər