Əvəzedici heyətlərin çempionatında XXXIV turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə keçirilməli olan "Simurq" - "Bakı" oyunu baş tutmayıb.
Buna səbəb qonaqların Zaqatalaya getməməsi olub. AFFA İntizam Komitəsi "Simurq"a 3:0 hesablı texniki qələbə verəcək.
İkinci oyun günündə 3 matç baş tutub. "Xəzər Lənkəran" evdə AZAL-ı, "Sumqayıt" səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə yenib. "İnter" isə səfər oyununda "Qəbələ"dən üstün olub - 2:0.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Neftçi" bu turda istirahət edib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
IV dövrə, XXXIV tur
14 may
Simurq - Bakı (baş tutmayıb)
15 may
Xəzər Lənkəran - AZAL 2:1
Qollar: Kənan Bağırzadə, 11. Anar Babazadə, 42-pen - Sənan Məmmədli, 37.
Qarabağ - Sumqayıt 1:2
Qollar: Şəhriyar Əliyev, 68 - Orxan Əliyev, 41-pen; 75.
Qəbələ - İnter 0:2
Qollar: Elnur Süleymanov, 75; 80-pen.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | İnter | 30 | 17 | 6 | 7 | 70:38 | 57 | |
| 2 | Simurq | 29 | 17 | 4 | 8 | 63:32 | 55 | |
| 3 | Neftçi | 30 | 14 | 8 | 8 | 50:42 | 50 | |
| 4 | Qəbələ | 31 | 14 | 7 | 10 | 46:42 | 49 | |
| 5 | Xəzər L | 30 | 12 | 6 | 12 | 37:47 | 42 | |
| 6 | Qarabağ | 31 | 11 | 3 | 17 | 43:55 | 36 | |
| 7 | Bakı | 29 | 10 | 4 | 15 | 45:52 | 34 | |
| 8 | AZAL | 30 | 7 | 8 | 15 | 32:47 | 29 | |
| 9 | Sumqayıt | 30 | 6 | 8 | 16 | 41:72 | 26 | |
|
Bombardirlər | Oruc Balaşlı (Simurq) - 21. Cavid Muxtarzadə (Neftçi) - 17. Raul Yaqubzadə (Bakı) - 16. Mirsahib Abbasov (İnter), Mirabdulla Abbasov (Neftçi) -13. Nicat Muxtarov (Simurq) - 10. | |||||||
Fanat.az