"Xəzər Lənkəran" - "Qarabağ" oyunu canlı yayımda

"Xəzər Lənkəran" - "Qarabağ" oyunu canlı yayımda
Topaz Premyer Liqasının XI turunun 3 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər 3 qarşılaşmanı "İdman Azərbaycan" kanalı efirə verəcək.
Kanal cümə günü saat 16.00-da "Qəbələ" - "Sumqayıt", 3 saat sonra "Bakı" - "Rəvan" oyunlarını yayımlayacaq. Bazar günü isə bir müddətlik fasilədən sonra "Xəzər Lənkəran"ın ev oyununu canlı izləmək mümkün olacaq. Belə ki, saat 18.00-da başlayacaq "Xəzər Lənkəran" - "Qarabağ" oyunu canlı efirə veriləcək.
Turun "Simurq" - "Neftçi" və AZAL - "İnter" oyunları yayımlanmayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər