"Viktoriya" - "Qarabağ" matçının hakimləriı açıqlandı

"Viktoriya" - "Qarabağ" matçının hakimləriı açıqlandı
Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya” ilə keçirəcəyi ilk oyunun hakimləri məlum olub. Fanat.az xəbər verir ki, “Dusan Arena”da baş tutacaq qarşılaşmada makedoniyalı hakimlər briqadası iş başında olacaq.
 
Baş hakim Aleksandar Stavrevə həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Dimitar Mekarovski olacaq.
 
Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi funksiyasını isə rumıniyalı İonel Piskanu yerinə yetirəcək.
 
Qeyd edək ki, "Viktoriya” - "Qarabağ" matçı iyulun 26-da, Bakı vaxtı ilə 22:15-də start götürəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər