"Valletta"nın baş məşqçisi "Qarabağ"dan danışdı

"Valletta"nın baş məşqçisi "Qarabağ"dan danışdı
"Püşkatmanın nəticəsi bizim üçün heç də sıradan sayılmamalıdı. Artıq "Qarabağ" haqda Azərbaycan futbolundan çox yaxşı xəbəri olan birindən müəyyən məlumatlar əldə etmişəm. "Qarabağ" güclü komandadı. Onların hədəfi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Ötən mövsüm onlar buna çox yaxın olublar. Sadəcə, pley-off mərhələsində uduzublar". Fanat.az xəbər verir ki, bu sözləri Maltanın "Valletta" klubunun baş məşqçisi Gilbert Acius deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq komandanın baş məşqçisi təmsilçimizin heyətindəki legionerlərdən danışıb: "Rəqibimizin heyətində çox yaxşı braziliyalı və alban futbolçular var. Hədəfimiz bu mərhələni qalib kimi başa vurmaqdı. Amma realist olmaq lazımdı. Bizi kağız üzərində favoritlə - özümüzdən daha güclü olan bir rəqiblə duel gözləyir. İlk oyun bizim üçün çox vacibdi. Çünki həmin qarşılaşmanı evdə keçirəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər