Avropa Liqasının pley-off mərhələsinin təkrar qarşılaşması çərçivəsində Hollandiyada keçiriləcək "Tvente" - "Qarabağ" görüşünün biletləri satışa çıxarılıb. Fanat.az xəbər verir ki, ən ucuz biletlərin qiyməti 5 avro təşkil edəcək.
Bu qiymətə bilet əldə etmək üçün "Tvente"nin xüsusi endirim kartına sahib olmaq lazımdı. Biletlərin standart qiymətləri isə 7,5 avrodan başlayır.
Avqustun 16-dan isə biletləri internet vasitəsi ilə də əldə etmək mümkün olacaq.
Qeyd edək ki, Enshede şəhərində keçiriləcək qarşılaşma avqustun 28-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Fanat.az