"Tvente" məndən "Qarabağ"la bağlı məlumat almaq istədi"

"Tvente" məndən "Qarabağ"la bağlı məlumat almaq istədi"
"Tvente" ilə "Qarabağ" 5 il əvvəl qarşılaşıb. Həmin komandalarla müqayisədə indikilər demək olar ki, bütünlüklə dəyişilib". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leroy Corc deyib.
Holland futbolçu vətənində verdiyi açıqlamada "Tvente" və "Qarabağ"la bağlı danışıb: "Fikrimcə, baş məşqçi Alfred Şroyder 5 il əvvəl də "Tvente"də işləyirdi. "Qarabağ"da isə o vaxtkı komandadan Enshededə qol vurmuş Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadıqov, Namiq Yusifov, Admir Teli və baş məşqçi Qurban Qurbanov qalıb".
Leroy "Tvente"nin Bakıda azarkeş təzyiqi ilə üzləşəcəyini deyib: "Azərbaycanlılar "Tvente"nin nə dərəcədə güclü olduğunu bilirlər. Ona görə də Çempionlar Liqasının təsnifat mərhələsində "Zalsburq"a yenildikdən sonra daha zəif rəqibin qarşımıza çıxacağına ümid edirdik. Biz azarkeşlərimiz önündə “Zalsburq”a 2:1 hesabı ilə qalib gəlmişdik. Bu, böyük oyun idi. Tribunalara 30 min adam toplaşmışdı. Artıq oyunöncəsi isinmə hərəkətləri edərkən adamın ağlı başından çıxırdı. “Tvente”yə yalnız bu barədə xəbərdarlıq edə bilərəm".
Futbolçu bildirib ki, "Tvente" ondan məlumat almağa çalışıb: "Onlar məndən klubum haqqında informasiya almağa çalışdılar. Ancaq rəqibə çox şey deyə bilməzdim".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər