"Turan Tovuz"un yeni prezidenti məlum oldu

"Turan Tovuz"un yeni prezidenti məlum oldu

Namiq Məstanovun gedişindən sonra "Turan Tovuz"un prezident postu boş qalmışdı. Rekord.az-ın əldə etdiyi məlumata görə artıq bu postun yeni sahibi məlumdu.

 

"Turan"ın keçmiş futbolçusu, eyni zamanda millimizin sabiq futbolçusu Nadir Nəbiyev Tovuz təmsilçisinin yeni prezidenti təyin olunub. Yaxın günlərdə yeni baş məşqçinin də kimliyinə aydınlıq gələcək.

Qeyd edək ki, Nadir Nəbiyev karyerası ərzində "Turan", "Neftçi", "Xəzər Lənkəran" və "Standard"da çıxış edib, milli komandamızda 27 oyun keçirərək 3 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər