"Turan Tovuz"un məşqlərini nə vaxt bərpa edəcəyi bilindi

"Turan Tovuz"un məşqlərini nə vaxt bərpa edəcəyi bilindi

Misli Premyer Liqasının 6-cı turunda "Zirə"ni öz meydanında 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra istirahətə buraxılan "Turan Tovuz"un məşqlərini nə vaxt bərpa edəcəyi bəlli olub.

"Boz-qurdlar"ın sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, komanda sentyabrın 25-də bir araya gələcək. 

Qərb təmsilçisi Kürdəxanında yerləşən "Hünər" təlim-məşq bazasında toplaşacaq. Oktyabrın 3-də "Fənərbağça" ilə yoldaşlıq görüşünə çıxacaq Tovuz komandasının milli komandaların oyunları ilə əlaqədar yaranan ikihəftəlik fasilə dönəmində başqa yoxlama oyunu keçirməyəcək.

Qeyd edək ki, 6 oyuna 11 xal toplayan "Turan Tovuz" Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər