"Turan Tovuz"un kollektivi şəhidin dəfnində - FOTOLAR

"Turan Tovuz"un kollektivi şəhidin dəfnində - FOTOLAR

Bu gün Tovuzun Bayramlı kəndində vətən uğrunda şəhid olmuş Mirsalam Cəfərov torpağa tapşırılıb. Fanat.az xəbər verir ki, "Turan Tovuz" bütün heyətlə vətənimizin qəhraman övladını son mənzilə yola salmaq üçün Bayramlı kəndinə yollanıb.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü gizir Cəfərov Mirsalam Təvəkkül oğlu son günlər cəbhədə gedən döyüşlərdə əsl qəhramanlıq nümünəsi göstərib, düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib, yaralı yoldaşlarını döyüş zonasından çıxarılmasında iştirak edib və qanının son damlasına kimi vətən uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər