"Turan Tovuz"un futbolçusu Toqo millisinə dəvət alıb

"Turan Tovuz"un futbolçusu Toqo millisinə dəvət alıb

"Turan Tovuz" klubunun futbolçusu Emmanuel Hakman DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün  Toqo millisinə dəvət alıb.

Fanat.Az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi növbəti 2 matçda yığmanın sərəncamında olacaq.

Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər