"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" hazırlıq çərçivəsində bu gün dördüncü - sonuncu sınağına çıxacaq.

Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda "Gənclərbirliyi" ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xatırladaq ki, "qərb təmsilçisi" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu İranın 21 yaşlılardan ibarət yığma komandasına qarşı keçirib. 1:1 hesabı ilə başa çatan matçda komandanın yeganə qoluna Sadiq Şəfiyev imza atıb. "Fatih Karagümrük"lə keçirilən ikinci yoxlama oyunda da eyni (1:1) hesab qeydə alınıb. Bərabərlik qolunun müəllifi İbrahima Vadji olub. Üçüncü yoxlama matçını iyulun 31-də Türkiyənin "Iğdır" kollektivinə qarşı keçirən "boz qurdlar" 1:0 hesablı qələbə qazanıblar. Komandaya qələbə qazandıran qolu Jo Batista vurub.

Xatırladaq ki, "Turan Tovuz" iyulun 4-dən Türkiyədədir. Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutub. Toplanışının ikinci mərəhələsi isə Boluda keçirilir. Təmsilçimiz toplanışını sabah başa vuraraq vətənə dönəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər