"Turan Tovuz" Türkiyədə son matçına çıxır

"Turan Tovuz" Türkiyədə son matçına çıxır

İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bir aylıq hazırlıq prosesini bu gün yekunlaşdıracaq. 

Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda toplanışı yoxlama oyunu ilə tamamlayacaq. 

Qərb təmsilçisi son matçda Mərakeş təmsilçisi “Vidad”la qüvvəsini sınayacaq. Oyunun startı saat 18:00-a planlaşdırılır. 

Qeyd edək ki, "Turan Tovuz" hazırlıq çərçivəsində Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) komandaları ilə heç-heçə edib, Albaniya təmsilçisi “Flamurtari”yə isə 0:1 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər