"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz" bu gün təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxacaq.

Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda yerli "İğdır" ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Xatırladaq ki, "qərb təmsilçisi" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu İranın 21 yaşlılardan ibarət yığma komandasına qarşı keçirib. 1:1 hesabı ilə başa çatan matçda komandanın yeganə qoluna Sadiq Şəfiyev imza atıb. "Fatih Karagümrük"lə keçirilən ikinci yoxlama oyunda da eyni (1:1) hesab qeydə alınıb. Bərabərlik qolunun müəllifi İbrahima Vadji olub. 

Xatırladaq ki, "Turan Tovuz" iyulun 4-dən Türkiyədədir. Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutub. Toplanışının ikinci mərəhələsi isə Boluda keçirilir. Təmsilçimiz toplanışını 4 avqustda başa vuraraq vətənə dönəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər