"Turan Tovuz" - "Fənərbağça" oyununa nə qədər bilet satılıb? - SON DURUM

"Turan Tovuz" - "Fənərbağça" oyununa nə qədər bilet satılıb? - SON DURUM

"Turan Tovuz" ilə Türkiyənin  "Fənərbağça" komandası arasında keçiriləcək yoldaşlıq oyununa nə qədər bilet satıldığı bəlli olub.

Klubdan Fanat.Az-a verilən məlumata görə, 1 sutka ərzində 12 mindən çox bilet satılıb.

Qeyd ki, azarkeşlər Birbilet.az platforması üzərindən istədikləri sektoru və yeri seçərək biletləri onlayn əldə edə bilərlər.

3, 4, 5 və 6-cı sektorlar “Turan Tovuz”un, 23, 24, 25 və 26-cı sektorlar isə “Fənərbağça”nın fan-klubları üçün ayrılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma oktyabrın 3-də saat 20:00-da start götürəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər