"Turan Tovuz" qərb derbisinə itkilərlə çıxacaq - ADLAR

"Turan Tovuz" qərb derbisinə itkilərlə çıxacaq - ADLAR

Misli Premyer Liqasının 16-cı turu çərçivəsində bu gün Yevlaxda "Kəpəz"in qonağı olacaq "Turan Tovuz" oyuna bir neçə itki ilə çıxacaq. 

Bu barədə Fanat.Az-a "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Hələ debüt edə bilməyən David Tavareşi nəzərə almasaq, zədə səbəbindən 4 futbolçu "Kəpəz"ə qarşı oynamayacaq.  Bunlar Şəhriyar Əliyev, Veysəl Rzayev, Abdulla Rzayev və İbrahima Vadjidir".

Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması 14:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər