"Turan Tovuz" portuqaliyalı futbolçu ilə gücləndi

"Turan Tovuz" portuqaliyalı futbolçu ilə gücləndi

"Turan Tovuz" son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş Xorxe Silvanı transfer edib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vətənində "Sportinq" B, "Leyşoeş" və "Pasuş de Ferreyra" kollektivlərinin formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.

Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya Kubokunda isə 2 oyunda meydana çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər