"Turan Tovuz" gürcüləri uddu

"Turan Tovuz" gürcüləri uddu
İkinci dövrənin hazırlıqlarını davam etdirən "Turan Tovuz" daha bir yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Gürcüstana yollanan Tovuz klubu Rustavidə yerli "Rustavi" klubu ilə qarşılaşıb.
Təmsilçimiz Gürcüstan klubuna qalib gəlib - 1:0. Matçın yeganə qoluna İlkin Rzayev vurub. Beləliklə, 19 yaşlı futbolçu komandanın qış fasiləsində keçirdiyi bütün oyunlarda fərqlənib.
"Turan Tovuz"un bu qış keçirdiyi digəd oyunlar:
Turan Tovuz - Şəmkir 3:3
Qollar: İlkin Rzayev, Kazım Kazımlı, Asim Babazadə.
Turan Tovuz - Göyəzən 3:1
Qollar: Kazım Kazımlı, İlkin Rzayev, Qüvvət Əmrahov.
Turan Tovuz - Göyəzən 2:2
Qollar: İlkin Rzayev, Səbayel Bağırov.
Turan Tovuz - Kəpəz 0:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər