"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

2026-cı il dünya çempionatına futbolçu göndərən klubların FIFA-dan əldə etdiyi gəlirlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 50 komandadan ibarət əsas siyahıya İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.

Premyer Liqa təmsilçisi FIFA-dan 4,4 milyon dollar gəlir əldə edib.

İlk üçlükdə İspaniyanın "Barselona" (3,9 milyon dollar) və Almaniyanın "Bayern Münhen" (3,4 milyon dollar) klubları da yer alıb.

Türkiyədən "Qalatasaray" 2 milyon dollarla 19-cu, "Fənərbaxça" isə 1,9 milyon dollarla 21-ci pillədə yer alıb.

Azərbaycanı "50-lik" siyahısında təmsil edən klub olmasa da, Panama millisinin heyətində dünya çempionatında çıxış edən Roderik Millerə görə "Turan Tovuz" da FIFA-nın Klublara Faydalanma Proqramı çərçivəsində kompensasiya alacaq.

Qeyd edək ki, Tovuz təmsilçisinin FİFA-dan 150-200 min ABŞ dolları həcmində gəlir əldə edəcəyi gözlənilir. 

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər