"Traktorsazi" azarkeşlərindən Tehranda Qarabağ şüarı - VİDEO

"Traktorsazi" azarkeşlərindən Tehranda Qarabağ şüarı - VİDEO

Təbrizin "Traktorsazi" klubunun azarkeşləri növbəti dəfə Azərbaycana dəstək nümayiş etdiriblər. 

Onlar bu dəfə İran çempionatında Tehran təmsilçisi "İstiqlal"la görüşdə Azərbaycan və Qarabağla bağlı şüarlar səsləndiriblər.

Tehranda keçirilən oyun "Traktor Sazi"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təbriz komandası bu qələbə ilə ən prinsipial rəqibi "İstiqlal"ın çempionluq şansını minimuma endirib. Oyun zamanı və matçdan  sonra "Traktorsazi" klubunun azarkeşləri "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndiriblər.

Qeyd edək ki, “Traktorsazi”  hazırda 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.  (Qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər