"Trabzonspor" Arda Turanı gətirmək istəyir

"Trabzonspor" Arda Turanı gətirmək istəyir

Türkiyənin "Trabzonspor" klubu baş məşqçi postu üçün Arda Turanın namizədliyini yenidən gündəmə gətirib.

Fanat.Az jurnalist Yunus Emre Selə istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi 39 yaşlı gənc mütəxəssisi komandanın sükanı arxasına gətirmək üçün rəsmi addımlar atmağı planlaşdırır.

Məşqçilik karyerasında "Şaxtyor"dakı çıxışı ilə diqqət çəkən Turan rəhbərliyin əsas hədəfidir.

Kluba yeni nəfəs gətirmək istəyən "Trabzonspor" rəhbərliyinin yaxın günlərdə mütəxəssislə danışıqları sürətləndirəcəyi bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər