"Tottenhem"in kapitanı "Qarabağ"la oyundan öncə belə danışdı

"Tottenhem"in kapitanı "Qarabağ"la oyundan öncə belə danışdı

"Tottenhem"in kapitanı Son Hın Min İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan - Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, 32 yaşlı cənub koreyalı hücumçu belə danışıb: 

"Bu mövsümə çox köklənmişəm. Bu mövsüm çox yarışlarda iştirak edirik. Mənə elə gəlir ki, buna daha çox diqqət yetirməliyik. 

Yeni müqavilə ilə bağlı hələ danışığımız olmayıb. Gələcəkdə nə baş verəcəyini heç vaxt bilmirsən. Amma klub üçün əlimdən gələni əsirgəməyəcəm. 10 ildir belə edirəm".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər